Elnur Məmmədov: “Antiterror tədbirləri zamanı yalnız silahlı separatçı qüvvələr hədəf alınıb”

Elnur Məmmədov: “Antiterror tədbirləri zamanı yalnız silahlı separatçı qüvvələr hədəf alınıb”

Hazırda oxunan: Elnur Məmmədov: “Antiterror tədbirləri zamanı yalnız silahlı separatçı qüvvələr hədəf alınıb”
169621
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Cari ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı yalnız silahlı separatçı qüvvələr hədəf alınıb və Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinə təminat verilməklə, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində bütün zəruri addımlar atılıb”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Kolumbiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı xəbər telekanalı, bütün Amerika qitəsi üzrə fəaliyyət göstərən “NTN24”ə geniş müsahibəsi zamanı deyib.

Müsahibə zamanı Azərbaycanın sülh gündəliyi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, yekun sülh müqaviləsi üzrə danışıqlar və əldə olunan irəliləyişlər barədə geniş məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO