İlham Əliyev Aleksandar Vuçiçi qələbə münasibətilə təbrik etdi

İlham Əliyev Aleksandar Vuçiçi qələbə münasibətilə təbrik etdi

Hazırda oxunan: İlham Əliyev Aleksandar Vuçiçi qələbə münasibətilə təbrik etdi
169592
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyada növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi və “Aleksandar Vuçiç – Serbiya dayanmamalıdır” koalisiyasının inamlı qələbəsi münasibətilə Prezident Aleksandar Vuçiçi təbrik edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda qeyd edib:

“Səsvermənin nəticələri Serbiyanın inkişafı və rifahı yolunda həyata keçirdiyiniz siyasətə xalqınızın verdiyi yüksək qiymət və dəstəyi, Sizə olan böyük inam və etimadı bariz şəkildə əks etdirir.
Dost ölkə və etibarlı tərəfdaşımız olan Serbiya ilə əlaqələrimiz bizim üçün xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi və müxtəlif sahələrdə gündən-günə genişlənən səmərəli əməkdaşlığımız bizi olduqca sevindirir. Aramızdakı fəal siyasi dialoq birgə fəaliyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələrinin qorunub saxlanmasında və bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük əməyiniz və xidmətləriniz var”.

Bu yaxınlarda Serbiyaya səfərini ən xoş təəssüratlarla xatırlayan dövlətimizin başçısı İlham Əliyev Aleksandar Vuçiçlə səmimiyyət şəraitində keçən görüşünü yüksək qiymətləndirib.

“Əminəm ki, Azərbaycan-Serbiya müstəsna münasibətlərinin və strateji tərəfdaşlığının xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO