Prezident Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO 

Prezident Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO 

Hazırda oxunan: Prezident Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO 
161136
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. 

Bizim.Media xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlət başçısına stadionda görülən işlər barədə məlumat verib. 

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli Sərəncamına əsasən 2020-ci ildə başlanılıb. Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb. 

Tamaşaçı tutumu 9502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb. 

Bildirilib ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək. Burada, eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var. 
Son illər ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək göstəricilər əldə edir, üçrəngli Bayrağımızı ucaldırlar.

Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafının və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti uğurla davam etdirilir.

Bu diqqət və qayğı həm də yeni nəslin sağlam ruhda böyüməsinə, gənclərin idmana marağının artırılmasına yönəlib ki, belə idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin həyata keçirilməsində mühüm rol oynayır. 

Prezident Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO  - foto 1
Prezident Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO  - foto 2
Prezident Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO  - foto 3
Prezident Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO  - foto 4
Prezident Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO  - foto 5
Prezident Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO  - foto 6
Prezident Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO  - foto 7
Prezident Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO  - foto 8
Prezident Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO  - foto 9
Prezident Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO  - foto 10
Prezident Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO  - foto 11

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO