Elçin Əmirbəyov: “Azərbaycan Aİ ilə üçtərəfli formatda yenidən həll prosesi ilə məşğul olmağa hazırdır”

Hazırda oxunan: Elçin Əmirbəyov: “Azərbaycan Aİ ilə üçtərəfli formatda yenidən həll prosesi ilə məşğul olmağa hazırdır”

159583

“Biz ərazimizin 20 faizinin qanunsuz işğalına yenicə son qoymuşuq. (redaktorun qeydi: Bu ərazidəki qondarma “respublika” heç vaxt beynəlxalq səviyyədə tanınmayıb və Dağlıq Qarabağ həmişə hüquqi baxımdan Azərbaycana məxsus olub). Biz bu regionda yeni faciələr, yeni müharibə istəmirik”.  

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Radio France”a müsahibəsi zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Elçin Əmirbəyov: “Fransanın “vasitəçi” və ya “asanlaşdırıcı” kimi etibarlılığı yoxdur”  


O bildirib ki, Azərbaycan sülh müqaviləsi layihəsinə nail olmaq üçün Ermənistanla danışıqları həqiqətən də bərpa etmək istəyir:

“Biz bu sözümüzün üstündəyik. Əgər Ermənistan da iki ölkə arasında sülhün və sabitliyin bərqərar olması üçün bu səylərimizə qoşularsa, biz üzərimizə düşən işi görməyə tam hazırıq. 

Həmçinin deməliyəm ki, biz Avropa İttifaqının rolunu yüksək qiymətləndiririk. Şarl Mişel Avropa İttifaqı Şurasının Prezidenti kimi danışıqların bərpasına kömək etmək üçün yaxşı iş görüb. Azərbaycan bu gün məhz bu çərçivədə, Avropa İttifaqı ilə üçtərəfli formatda yenidən həll prosesi ilə məşğul olmağa hazırdır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO