Zəngəzurda puç olan ÜMİDLƏR – Ermənistan tarixi şansı necə BOŞA VERDİ?

Zəngəzurda puç olan ÜMİDLƏR – Ermənistan tarixi şansı necə BOŞA VERDİ?

Hazırda oxunan: Zəngəzurda puç olan ÜMİDLƏR – Ermənistan tarixi şansı necə BOŞA VERDİ?

158964

Oktyabrın 6-da Zəngilanın Ağbənd kəndində Araz çayı üzərində tikiləcək avtomobil və dəmir yolunun təməlqoyma mərasimi keçirildi. Bu əslində Zəngəzur dəhlizinin alternativ variantının reallaşması deməkdir. 

2024-cü ilin sonunda bu körpülər üzərindən Azərbaycandan gələn yüklər İran ərazisindən keçərək Naxçıvana və daha sonra isə Türkiyəyə çatdırılacaq. Beləcə, Azərbaycan Avrasiyada növbəti nəqliyyat dəhlizinin fəaliyyətə başlamasına nail olacaq. Bununla da Azərbaycan həm iqtisadi, həm də siyasi sahədə çox böyük dividendlər qazanacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngilanda Azərbaycanla İran arasında yeni körpünün TƏMƏLİ QOYULDU – FOTO/VİDEO

​​
Yeni yol Zəngəzur dəhlizinin alternatividir

Bu Zəngəzur dəhlizindən imtina anlamına gəlmir. Əgər Ermənistan nə vaxtsa bu məsələdə son qərarını versə, yəqin ki, Azərbaycan bu məsələni yenidən masaya gətirəcək. Azərbaycanın xarici siyasəti çoxvektorludur. İstənilən məsələdə Azərbaycanın bir neçə variant olub. Eynən Zəngəzur dəhlizində olduğu kimi.

Bildiyimiz kimi, son 3 ildə Azərbaycan Mehri üzərindən yeni dəhlizin açılması üçün Ermənistana sərfəli təkliflər etdi. Əgər Ermənistan təkliflə razılaşsa idi, onda ermənilər Azərbaycan üzərindən Asiyaya, Türkiyə üzərindənsə Avropaya unikal tranzit imkanı qazana bilərdi. Lakin, rəsmi İrəvan Ermənistanın milli və dövləti maraqlarından deyil, bəzi dövlətlərin mənafelərindən çıxış edərək Azərbaycanın təklifinin müzakirəsini müxtəlif vasitələrlə ləngitdi. Bu da nəticə…

İtirən Ermənistan, qazanan İran oldu

Təbii ki, Qərb də itirənlər sırasındadır. Çünki, Azərbaycanın ilkin təklifində İran yeni dəhlizdən kənarda qalırdı. Bu da Qərbin maraqlarına tam uyğun idi. Lakin, Qərbin ağılsız davranışları və Azərbaycana təzyiq etmək istəkləri sonda Qərbi çətin vəziyyətdə qoydu. Artıq Azərbaycan üçün Mehri üzərindən dəhlizin açılması ikinci-üçüncü dərəcəli məsələdir. Bu da o deməkdir ki, həm Qərbin Azərbaycana təsir imkanları daha bir sahədə iflas etdi. 

Digər tərəfdənsə Qərb sanksiyalarla sıxmaq istədiyi İrana daha bir nəfəslik verilmiş oldu. Nəzərə alaq ki, Azərbaycanın moderator olduğu Şimal-Cənub dəhlizində İran əsas oyunçulardan biridir. Müəyyən səbələr üzündən Azərbaycan bu dəhlizin daha işlək vəziyyətə gəlməsində maraqlı deyildi. Lakin indiki vaxtda Azərbaycanın dayanmaq fikri yoxdur. Həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizləri Azərbaycan üçün iqtisadi və siyasi dividenddir. Ona görə də Zəngəzur dəhlizinə alternativ yolun açılması Azərbaycanın qətiyyətinin və prinsipiallığının göstəricisidir.

İran niyə canfəşanlıq edir?

Maraqlıdır ki, son 3 ildə Zəngəzur dəhlizinin açılmasına qarşı şıxan iki ölkədən biri və bəlkə də birincisi İran idi. Rəsmi Tehran iddia edirdi ki, Zəngəzur dəhlizi İranla Ermənistan əlaqələrini kəsə bilər. Amma yeni variantda molla-fars rejimi erməni qardaşlarını heç yada belə salmır. 

Halbuki, Zəngəzur dəhlizi ilə yeni salınacaq yol mahiyyətcə eynidir. Bu da o deməkdir ki, rəsmi Tehran Ermənistanın yox, öz maraqlarından çıxış edirmiş. Yada salaq ki, bir zamanlar İran rəsmiləri “3+3” platformasını qətiyyətlə rədd edirdilər. Amma indi bu layihəni ən çox təşviq edən tərəf rəsmi Tehrandır. 

Bütün hallarda qazanan Azərbaycandır

Qərbin göstərişi və İranın təşviqi ilə Ermənistan Zəngəzur dəhlizinin açılışını ən azından 3 il gecikdirdi. Sonda itirən yenə Ermənistan oldu. Azərbaycansa bütün hallarda qazanan tərəfdir. İstər Zəngəzur dəhlizi, istərsə də İrandan keçəcək yeni yol tamamilə Azərbaycanın maraqlarına cavab verir. Ən başlıcası hər iki layihədə son söz sahibi Azərbaycandır. Digər dövlətlərsə qazanmaq üçün Azərbaycanın təkliflərini müdafiə etmək məcburiyyətindədir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO