Siyavuş Novruzov Trampın prezident seçilməsinə münasibət bildirib

Siyavuş Novruzov Trampın prezident seçilməsinə münasibət bildirib

Hazırda oxunan: Siyavuş Novruzov Trampın prezident seçilməsinə münasibət bildirib

157991
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ABŞ-da baş tutan prezident seçkilərinin ilkin nəticəsinə münasibət bildirib.

S.Novruzov ABŞ-Azərbaycan münasibətlərinin seyrindən bəhs edib:

“ABŞ-Azərbaycan münasibətləri indi qurulmayıb. ABŞ-ın hansısa dövlətə münasibətində əsas rolu prezident yox, ABŞ-ın dövlət siyasəti təyin edir. Prezidentlər isə sadəcə bu münasibətlərin həyata keçirilməsinə öz töhfələrini verirlər. Bu səbəbdən ABŞ-Azərbaycan münasibətlərində ciddi dəyişiklik gözləmirəm”x9d.

S.Novruzov Trampın Azərbaycana şəxsi münasibətindən də bəhs edib:

“Hesab edirəm ki, Donald Trampın Azərbaycana münasibəti həmişə müsbət olub. Respublikaçılarla Demokratları müqayisə etsək görərik ki, Respublikaçıların bizə münasibəti hər zaman isti olub, Demokratlarda isə bu münasibəti nisbətən soyuq olaraq dəyərləndirmək olar”x9d.

Deputat Dağlıq Qarabağ probleminin həlli məsələsində yeni prezidentin göstərəcəyi mövqe haqqında danışmağın hələlik tez olduğunu bildirdi. (xa0Ölkə.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO