Türkiyəli kontr-admiral: Azərbaycanı hər zaman dəstəkləyəcəyik

Türkiyəli kontr-admiral: Azərbaycanı hər zaman dəstəkləyəcəyik

Hazırda oxunan: Türkiyəli kontr-admiral: Azərbaycanı hər zaman dəstəkləyəcəyik
157431
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə regionda baş verən siyasi hadisə və prosesləri diqqətlə izləyir və Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün atılan addımları dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında Türkiyənin Milli Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk deyib.

O bildirib ki, qəhrəman Azərbaycan ordusu 30 il müddətində işğal altında qalan torpaqlarını azadlığa qovuşdurdu və ərazi bütövlüyünü bərpa etdi. Kontr-admiral qeyd edib ki, Azərbaycan ordusu 44 gün sürən Vətən müharibəsində böyük şücaət nümayiş etdirdi.
Sentyabrın 27-də Azərbaycanın Qarabağ bölgəsinin azad edilməsi üçün başladılan əks-hücum əməliyyatlarının üçüncü ildönümünün tamam olduğunu xatırladan Zəki Aktürk şəhidlərin xatirəsinin hörmətlə anıldığını bildirib və onlara Allahdan rəhmət diləyib.

Zəki Aktürk bəyan edib ki, Türkiyə hər zaman Azərbaycanı dəstəkləyəcək.

Sonra kontr-admiral Türkiyədə həyata keçirilən terror əleyhinə əməliyyatlar barədə məlumat verib. Nəzərə çatdırıldı ki, Türkiyənin Silahlı Qüvvələrinin həyata keçirdikləri əməliyyatlar nəticəsində bu günə kimi 38 min 694 terrorçu zərərsizləşdirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO