“Gürcüstan Fransadan Xankəndinə yollanan tırlara mane olmalıdır” – Eksklüziv AÇIQLAMA

“Gürcüstan Fransadan Xankəndinə yollanan tırlara mane olmalıdır” – Eksklüziv AÇIQLAMA

Hazırda oxunan: “Gürcüstan Fransadan Xankəndinə yollanan tırlara mane olmalıdır” – Eksklüziv AÇIQLAMA

152667

Yelisey Sarayındakılar məkrli niyyətlərindən əl çəkmir. Azərbaycana qarşı həmlələri hər dəfə uğursuzluğa düçar olduqca yenisi üzərində baş sındırırlar. Xatırladaq ki, avqustun 16-da Fransanın dəstəyi və Ermənistanın xahişi ilə BMT Təhlükəsizlik Şurasında Laçın yolu ilə bağlı müzakirələr oldu. Lakin iclasda hər hansı qərar qəbul edilmədi və fransız-erməni işbirliyi növbəti dəfə iflas etdi. 

Lakin, rəsmi Paris dayanmaq istəmir. Makron höküməti Azərbaycanla bağlı növbəti 2 təxribat planı hazırlayır.
 

MÖVZU İLƏ BAĞLI:

“Tiflis İrəvanla Azərbaycan əleyhinə heç bir sənəd imzalaya bilməz” - Gia Xuxaşvili


Bunlardan biri Fransanın Qarabağ ermənilərinə yardım üçün BMT Təhlükəsizlik Şurasına yeni qətnamə təqdim etməyə hazırlaşmasıdır. Digər təxribatsa Parisdən Xankəndinə “humanitar karvan”ın yola salınmasıdır. İlkin mərhələdə İrəvana gedəcək karvanı Paris meri Anne Hidalgonun da daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti müşayiət edəcək. Karvan daha sonra İrəvanın “Place de France” bölgəsindən Xankəndi istiqamətinə yola çıxacaq.

Humanitar yardımdan daha çox təxribatçı məqsəd daşıyan bu yardımların müxtəlif ölkələr üzərindən Ermənistana daşınması mümkündür. Lakin böyük ehtimalla tırlar Gürcüstan ərazisindən keçməklə mənzil başına gedəcək. 

Bəs, dost Gürcüstan fransızların bu təxribatına yol verəcəkmi?

Suala cavab tapmaq üçün gürcü politoloq Gia Xuxaşvili ilə əlaqə saxladıq. 

O, Bizim.Media-ya eksklüziv açıqlamasında bildirib ki, Azərbaycanla Gürcüstan arasında beynəlxalq müqavilə var:

“Həmin müqavilədə yazılıb ki, tərəflər bir-birinin milli mənafeyinə xələl gətirən yüklərin öz ərazisindən daşınmasına yol verməməlidir. Belə olan halda isə Azərbaycan əgər hesab edirsə ki, bu “humanitar karvan” onun milli maraqlarını pozur, onda təbii ki, Gürcüstan buna imkan verməməlidir. Əks halda, Abxaziya və ya Cənubi Osetiyada biz eyni anoloji hadisə ilə üzləşə bilərik. Dostluq münasibətlərimizin yüksək səviyyədə olduğunu nəzərə alsaq, hesab edirəm ki, buna yol vermək olmaz”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO