İran üzərindən Ermənistana silah daşınmasının İLGİNC PƏRDƏARXASI

İran üzərindən Ermənistana silah daşınmasının İLGİNC PƏRDƏARXASI

Hazırda oxunan: İran üzərindən Ermənistana silah daşınmasının İLGİNC PƏRDƏARXASI

151761

Molla-fars rejimi ikili oynamaqda davam edir. Bir tərəfdən Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasında maraqlı olduqlarını bəyan edir, digər tərəfdənsə rejimi Ermənistana silah tədarükünə dəstəyini artırır. “Azad İran” “Telegram” kanalı Ermənistana İran ərazisindən silah daşınmasını əks etdirən videogörüntüləri paylaşıb. Video avqustun 18-də Təbriz-Mərənd yolunda çəkilib. Məlumatda qeyd olunur ki, Hindistandan tədarük edilən hərbi texnikalar İran TIR-ları vasitəsilə Ermənistana göndərilir.

Bütün bunlar bir daha göstərir ki, İran öz bəyanatlarında səmimi deyil. Və Azərbaycanla münasibətləri normallaşdırılmasında da o qədər də maraqlı görünmür.

Bizim.Media
-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, hərbə-zorba, hədə-qorxu siyasəti bu vaxta qədər İrana heç nə verməyib, bundan sonra da verməyəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin Qarabağdan başlayan böyük köçü barədə Fazil Mustafadan MARAQLI FİKİR


“Məlumdur ki, ötən ilin sonlarında Ermənistan İranla hərbi sahə üzrə 242 milyon dollarlıq müqavilə imzalayıb. Bu müqavilə əsasında da Hindistanın o qədər də keyfiyyətli sayılmayan silahları Ermənistana verildi.

Həmin dövrdə aydın idi ki, Hindistandan alınan silahların Ermənistana çatdırılmasının yeganə yolu İran marşurutundan istifadə etməkdir.

O da aydındır ki, İran Azərbaycanla münasibətləri nə qədər nizama salmaq istədiyini desə də, bu yöndə ardıcıl bəyanatlar versə də, rəsmi Tehran ermənilərlə olan dostluğundan imtina etmək fikrində deyil. Ona görə də silahların Ermənistana İran üzərindən daşınması təəccüblü sayılmamalıdır. İran Ermənistanın ən yaxın müttəfiqidir.

Təsadüfi deyil ki, Respublikaçılar İnstitutunun yaxın aylarda Ermənistanda keçirdiyi rəy sorğusunun nəticələrinə görə, ermənilər öz təhlükəsizliklərinin əsas zəmanətçisi rolunda İranı görürlər. Bu baxımdan İran hətta Rusiya və Fransadan da öndədir və ermənilər üçün daha dəyərlidir. İran heç zaman Ermənistanla münasibətdən imtina etməyəcək. Tehran İrəvan yaxınlaşması bundan sonra da davam edəcək”. 

Ekspert qeyd edib ki, İranın bu davranışı Azərbaycanı da adekvat addımlar atmaq məcburiyyətində qoyub:

“Azərbaycan ona qarışılıq olaraq, özünə yaxın dövlətlər, ilk növbədə İsraillə hərbi əməkdaşlığını bundan sonra da davam etdirəcək. Bu sayaq addımlarımız İranın xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, bundan sonra da atılacaq. İranın bu münasibətlərə müdaxilə etmək imkanı bu vaxta qədər olmayıb, bundan sonra da olmayacaq.

Gözləntimiz İranın bu reallıqlarla hesablaşması, vəziyyətin bu yerə gəlib çıxmasının əsas səbəbkarının özünün olmasını dərk etməsi və Azərbaycanla normal qonşuluq münasibətlərini qurmağa cəhd göstərməsidir.  

Təəssüf ki, İran uzun müddətdir Ermənistanı özünə ən yaxın dövlət hesab edir. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi də daha ağır duruma düşməmələrini İranın göstərdiyi misilsiz yardımla əlaqələndirir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO