Prezident: “Xarici şirkətin icazə almadan ikinci tullantı gölü qurması ciddi araşdırılmalıdır” - VİDEO

Prezident: “Xarici şirkətin icazə almadan ikinci tullantı gölü qurması ciddi araşdırılmalıdır” - VİDEO

Hazırda oxunan: Prezident: “Xarici şirkətin icazə almadan ikinci tullantı gölü qurması ciddi araşdırılmalıdır” - VİDEO

145743

“Gədəbəy hadisəsinin təbii səbəbi var idi. Xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyub, iş yerləri yaradıb. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin sədrliyi ilə müşavirə KEÇİRİLDİ - FOTO


“Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin.

O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, bununla bağlı prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilib.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO