
- A-
- A
- A+
Gələn ilin dövlət büdcəsindən hansı sahəyə nə qədər pul ayrılacaq? – Siyahı
2027-ci ilin dövlət büdcəsi xərclərinin əsas istiqamətləri bəlli olub.
Bizim.Media xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
İqtisadi təsnifata uyğun olaraq 2027-ci ilin dövlət büdcəsində:
- əməyin ödənişi xərclərinə 11891,3 milyon manat (2026-cı illə müqayisədə 1643,9 milyon manat və ya 16,0 faiz çox) və ya xərclərin 28,0 faizi həcmində,
- malların (işlərin və xidmətlərin) satın alınmasına 6249,9 milyon manat və ya xərclərin 14,7 faizi həcmində,
- faizlər üzrə ödənişlərə 999,3 milyon manat və ya xərclərin 2,4 faizi həcmində,
- subsidiyaların ödənilməsinə 1328,7 milyon manat (2026-cı illə müqayisədə 257,3 milyon manat və ya 24,0 faiz çox) və ya xərclərin 3,1 faizi həcmində,
- qrantlar və digər ödənişlərə 3409,1 milyon manat (2026-cı illə müqayisədə 101,0 milyon manat və ya 3,1 faiz çox) və ya xərclərin 8,0 faizi həcmində,
- sosial ödənişlərə 3462,0 milyon manat (2026-cı illə müqayisədə 25,1 milyon manat və ya 0,7 faiz çox) və ya xərclərin 8,2 faizi həcmində,
- dövlət icbari şəxsi sığorta xərclərinə 59,1 milyon manat və ya xərclərin 0,1 faizi həcmində,
- qeyri-maliyyə aktivlərinin alınmasına 12797,2 milyon manat və ya xərclərin 30,2 faizi həcmində,
- maliyyə aktivləri üzrə əməliyyatlara 1002,8 milyon manat və ya xərclərin 2,4 faizi həcmində,
- öhdəliklər üzrə əməliyyatlara 1200,7 milyon manat (2026-cı illə müqayisədə 123,7 milyon manat və ya 11,5 faiz çox) və ya xərclərin 2,8 faizi həcmində vəsait nəzərdə tutulub.
Xərclərin ünvanlılığının daha da artırılması və aidiyyəti xərc maddələrində prognozlaşdırılması hesabına iqtisadi təsnifata uyğun olaraq "Sair xərclər" maddəsi üzrə 2026-cı illə müqayisədə 2027-ci ilin dövlət büdcəsində 162,8 milyon manat və ya 13,5 faiz az vəsait proqnozlaşdırılıb.
Murad, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































