Millət vəkili İranın nüvə obyektlərinin vurulma ehtimalından danışdı: “Vəziyyət kifayət qədər ciddidir”

Millət vəkili İranın nüvə obyektlərinin vurulma ehtimalından danışdı: “Vəziyyət kifayət qədər ciddidir”

Hazırda oxunan: Millət vəkili İranın nüvə obyektlərinin vurulma ehtimalından danışdı: “Vəziyyət kifayət qədər ciddidir”
645990
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Regionda artan geosiyasi gərginlik, İranın nüvə obyektlərinə mümkün zərbələr ehtimalı beynəlxalq ictimaiyyətlə yanaşı, Azərbaycan üçün də ciddi narahatlıq doğurur. İranla həmsərhəd olmağımız fonunda baş verə biləcək hər hansı təhlükə diqqətlə izlənilir.

Mövzu ilə bağlı millət vəkili Azər Allahverənov Bizim.Media-ya bildirib ki, hazırda İran-ABŞ qarşıdurması baxımından vəziyyət kifayət qədər mürəkkəbdir:

“Xüsusilə son dövrlərdə, ABŞ-da keçirilən aralıq seçkiləri ərəfəsində hər iki tərəfdən kifayət qədər ciddi və narahatedici siqnallar səsləndirilirdi. ABŞ tərəfindən İranın Natanz şəhərində yerləşən nüvə obyektinin vurulması ilə bağlı hədələr səsləndirildikdən sonra buna cavab olaraq İran da ABŞ-ın strateji tərəfdaşları olan ölkələri, xüsusilə Körfəz regionundakı dövlətləri və bəzi Avropa ölkələrini hədəf ala biləcəyini bildirdi. Bu isə kifayət qədər ciddi təhlükə yaradan ritorikadır”.

Avropanın bir sıra ölkələrində əhali mümkün fövqəladə vəziyyətə hazırlanır

“Son üç-beş gün ərzində hətta Avropanın bir sıra ölkələrində əhalinin mümkün fövqəladə vəziyyətə hazırlanması, ərzaq ehtiyatlarının yaradılması və insanların üç, beş, yeddi gün müddətində sığınacaqlarda qala bilməsi üçün şəraitin təmin edilməsi ilə bağlı fikirlər səsləndirilir. İranda da oxşar yanaşmanın şahidi oluruq. Rəsmi qurumlar əhaliyə müraciətlər edirlər. Bütün bunlar onu göstərir ki, vəziyyət kifayət qədər ciddidir.

Nüvə və kimyəvi silahlardan istifadə ehtimalı ilə bağlı narahatlıqlar artır. Maraqlı məqamlardan biri isə İran tərəfinin son bəyanatlarında nüvə zərbəsini gözləməyəcəklərini, hətta qabaqlayıcı zərbələr endirə biləcəklərini ifadə etməsidir. Bunlar çox ciddi, narahatlıq doğuran və təhlükəli bəyanatlardır”.

Deputat əlavə etdi ki, bu, mütləq həmin silahlardan istifadə olunacağı demək deyil. 

“Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq Rusiya dəfələrlə nüvə silahından istifadə ilə bağlı təhdidlər səsləndirirdi. Lakin hamı yaxşı başa düşürdü ki, belə bir silahdan istifadə, hətta taktiki nüvə silahının tətbiqi belə, III Dünya müharibəsinə gətirib çıxara biləcək təhlükəli prosesdir.

Çünki taktiki nüvə silahının təsir dairəsi daha məhdud olsa da, onun nəticələri qonşu dövlətlərin ərazilərinə də yayıla bilər. Nüvə partlayışından sonra radioaktiv çirklənmənin küləklər vasitəsilə digər ərazilərə yayılması ehtimalı da mövcuddur”.

Trampın uduzması onun manevr imkanlarını müəyyən qədər məhdudlaşdıra bilər

Problemin Azərbaycan üçün aktuallığına gəlincə deputat vurğuladı ki, qonşu regionlarda belə proseslərin baş verməsi, şübhəsiz ki, müəyyən mənada hazırlıqlı olmağımızı zəruri edə bilər.

“Artıq dünya elə bir mərhələyə daxil olub ki, dövlətlər mümkün riskləri bütün hallarda nəzərə almalıdırlar. Hətta belə bir hadisənin baş vermə ehtimalının aşağı olması belə, onun nəticələrini əvvəlcədən qiymətləndirməyi və müvafiq hazırlıq görməyi zəruri edir. Çünki biz coğrafi baxımdan çox həssas bir regionda yaşayırıq.
 

Bununla belə, ümid edək ki, səsləndirilən bəyanatlar yalnız siyasi ritorika və tərəflərin bir-birinə təzyiq göstərmək cəhdləri olaraq qalacaq, proses bundan o tərəfə keçməyəcək. Digər tərəfdən, ABŞ-da keçirilən aralıq seçkilərinin nəticələrini də nəzərə almaq lazımdır.


Respublikaçıların seçkilərdə mövqelərinin zəifləməsi, Trampın siyasi manevr imkanlarını müəyyən qədər məhdudlaşdıra bilər. Əgər respublikaçılar qalib gəlsəydilər, Trampın bu məsələdə daha cəsarətli addımlar atmaq imkanları ola bilərdi”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO