
- A-
- A
- A+
Kənd təsərrüfatı üzrə xaricdə təhsil alan mütəxəssislərin hazırlanması təklif edildi
Kənd təsərrüfatı üzrə xaricdə təhsil alan mütəxəssislərin hazırlanması təşviq edilməlidir.
Bizim.Media xəbər verir ki, bunu deputat Əlibaba Məhərrəmzadə Milli Məclisdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, kənd təsərrüfatına ayrılan vəsaitin artırılması bu sahədə aparılan islahatların maliyyələşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
O qeyd edib ki, kənd təsərrüfatına maliyyə dəstəyi ilə yanaşı, bu sahə üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasına da diqqət artırılmalıdır.
Ə.Məhərrəmzadənin sözlərinə görə, müasir texnologiyaların tətbiqi və yeni yanaşmaların öyrənilməsi üçün kənd təsərrüfatı sahəsində təhsil alan gənclərin xaricdə təhsil almasının təşviqinə ehtiyac var. Deputat bu istiqamətdə dəstəyin gələcəkdə aqrar sahənin inkişafına töhfə verəcəyini vurğulayıb.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































