Təbrizlilər gələn ildən Arazın suyunu içəcək

Təbrizlilər gələn ildən Arazın suyunu içəcək

Hazırda oxunan: Təbrizlilər gələn ildən Arazın suyunu içəcək
645985
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Araz çayının suyu 20 mart 2026-dək Mərəndə, gələn ilin yay aylarında Təbrizə nəql olunacaq.

Bizim.Media xəbər verir ki, İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayəti valiliyinin məlumatına görə, bunu İranın energetika naziri Abbas Əliabadi bu gün Mərənd şəhərində Araz çayı suyunun nəql olunması üzrə görülən işlərlə yaxından tanış olarkən deyib.

“Araz çayı suyunun Şərqi Azərbaycan vilayətinin Mərənd, Şəbüstər və Təbriz şəhərlərinə nəql olunması layihəsi hökumət üçün böyük əhəmiyyət kəsb edən layihədir. Çünki ölkənin şimal-qərbində və ümumilikdə ölkədə su təchizatı problemi mövcuddur və hökumət dayanıqlı su təchizatı üçün bütün səyini göstərir”, -deyə o bildirib.
 

İranın energetika nazirinə məlumat verən İranın Şərqi Azərbaycan vilayəti Regional Su Şirkətinin icra direktoru Yusif Qaffarzadə də bildirib ki, Araz çayı suyunun Mərənd, Şəbüstər və Təbriz şəhərlərinə nəql olunması üzrə layihədə nəzərdə tutulan 7 stansiyanın 6-da işlər yekunlaşıb və 7-ci stansiyanın tikintisi diqqət mərkəzindədir.


“Ümumilikdə boru xəttinin uzunluğu 140 kilometrdir və borunların həcmi 2 min millimetrdir. Araz çayından su götürüldükdən sonra Mərənd və Şəbüstərdən keçərək, sonda Təbrizin 100 min kubmetrlik anbarına nəql olunacaq. İndiyə qədər 270 min kubmetrlik anbarlar tikilib. 180 min kubmetrlik anbarlar tikilməlidir və tikiləcək anbarlardan 100 min kubmetrlik anbar isə Təbriz yaxınlığındadır”, -deyə o qeyd edib.

Qeyd edək ki, İranda Araz çayı suyunun Təbrizə nəqli layihəsi 22 şəhərin içməli su təchizatını nəzərdə tutur. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO