Qarabağda biznesə 500 milyon manat dəstək veriləcək

Qarabağda biznesə 500 milyon manat dəstək veriləcək

Hazırda oxunan: Qarabağda biznesə 500 milyon manat dəstək veriləcək
646011
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarabağ Dirçəliş Fondu qarşıdakı 3-4 il ərzində Qarabağda biznesin dəstəklənməsinə təxminən 500 milyon manat investisiya yatırmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakıda keçirilən AIREX 2026 beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi çərçivəsində bildirib.

Onun sözlərinə görə, fond Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birlikdə biznesə dəstək üzrə yeni proqram hazırlayır.

R.Hacıyev həmçinin qeyd edib ki, daşınmaz əmlak bazarının inkişafı Qarabağın dirçəldilməsinin və "Böyük Qayıdış" proqramının həyata keçirilməsinin əsas amillərindən biridir.

Onun sözlərinə görə, Qarabağ regionuna daşınmaz əmlak sahəsində biznes üçün geniş imkanlar təqdim edən yeni bazar kimi də baxılmalıdır.

"Regionda yeni daşınmaz əmlak obyektlərinin yaradılması yeni standartların tətbiqi, müasir layihələrin həyata keçirilməsi və qabaqcıl təcrübədən istifadə üçün imkanlar açır", - deyə R.Hacıyev bildirib. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO