
- A-
- A
- A+
Gələn il qeyri-neft sektorundan büdcəyə nə qədər gəlir gözlənilir?
"İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5%-ə çatacaq. Bu da cari illə müqayisədə 1,5% bəndi çoxdur".
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, bildirib ki, dövlət büdcəsinin gəlirlərinə gəldikdə növbəti il üçün proqnozumuz 39,3 milyard manatdır. Bu da cari illə müqayisədə 645 milyon manatlıq artım deməkdir:
"Ən böyük artımımız qeyri-neft sektoru üzrə gəlirlərdədir. Rəqəm olaraq bu, 23,8 milyard manatdır. Bu da büdcə gəlirlərinin 60,6%-dir. 2026-cı ilə müqayisədə burda 1,6 milyard manatlıq və ya 7,2%-lik bir artım olacaqdır. Bu da növbəti il üçün tərtib olunan fiskal çərçivənin ən önəmli göstəricilərindən biridir".
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































