
- A-
- A
- A+
Maştağada ruhi xəstələri ələ salan şəxslər cəzalandırıldı – Video
Sosial şəbəkələrdə Maştağada yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından görüntülər paylaşılıb.
Bizim.Media xəbər verir ki, paylaşılan kadrlarda xəstələrin həssas vəziyyətinin əks olunması diqqət çəkib.
Belə ki, Psixiatriya xəstəxanasında müalicə alan şəxslərin görüntülərinin çəkilərək "əyləncə" və ya gülüş mənbəyi kimi təqdim olunması narazılıqara səbəb olub. Qapalı müəssisədə bu kadrların kim tərəfindən və hansı şəraitdə lentə alınması, eləcə də sosial şəbəkələrdə paylaşılması birmənalı qarşılanmayıb.
Qeyd edək ki, psixiatriya müəssisəsində müalicə alan şəxslərin şəxsi həyatına və ləyaqətinə hörmətlə yanaşılması, onların görüntülərinin icazəsiz yayılmaması vacibdir. İnsanların xəstəliyini, zəifliyini və çarəsizliyini kameraya alıb ictimaiyyətə təqdim etmək, üstəlik buna rəy yazaraq gülmək nə insanlığa, nə də vicdana sığır.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər əvvəlki tarixə aiddir”
“Qeyd olunan məsələ ilə bağlı həmin dövrdə müvafiq araşdırma aparılmış, görüntülərdə əks olunan qanun pozuntularına yol verən və çəkilişi həyata keçirən şəxslərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüşdür”.
Alçina Amilqızı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































