Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video

Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video

Hazırda oxunan: Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
645932
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Turab Zeynalov adlı əslən azərbaycanlı olan Rusiya vətəndaşı bu yaxınlarda Ermənistanın paytaxtı İrəvana səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı T.Zeynalov özünün “YouTube” kanalında paylaşıb.

Təəssüratlarını və səfərlə bağlı detalları lentə alan gənc videonun əvvəlində tanışları ilə İrəvana dostlarının toyu üçün yollandıqlarını, əslən Azərbaycandan olduğuna görə sərhəddən buraxılıb-buraxılmayacağına əmin olmadığını söyləyib.

Onun sözlərinə görə, sərhəddə bir neçə saat gözləməli olsa da, sonradan problemsiz ölkəyə buraxılıb:

“Sərhəddə məni 3 saat saxladılar. Azərbaycanda sonuncu dəfə nə vaxt olduğuma dair sorğu-sual etdilər. Bir çoxu alınmayacağını deyirdi”.

Turab Zeynalov həmçinin İrəvanda gəzdiyini, şəhərin müəyyən mənada Bakıya bənzədiyini iddia edib. (Qafqazinfo.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO