Maşının döşəmə örtüyündəki nəmdən necə tez qurtulmaq olar?

Maşının döşəmə örtüyündəki nəmdən necə tez qurtulmaq olar?

Hazırda oxunan: Maşının döşəmə örtüyündəki nəmdən necə tez qurtulmaq olar?
645967
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yağışlı havaların gəlişi ilə avtomobillərdə tez-tez rast gəlinən xoşagəlməz bir problem ortaya çıxır: ayaqaltıların altında nəmlilik yaranır. Ayaqqabılarla içəri daşınan yağış, palçıq tədricən suya çevrilərək avtomobilin döşəmə örtüyünə hopur.

Bundan başqa maşının özünün daxili problemləri, xüsusən də antifriz sızması ilə də ayaqaltı hissə nəm çəkə bilər. Bu da zanamla içəridə kif, rütubətli qoxu yaradacaq, həmçinin maşının alt hissəsini və orada yerləşən əhəmiyyətli naqilləri çürüdəcək.
 

Əlbəttə ki, bunun ən yaxşı yolu maşını ustaya aparmaq, servis xidmətləri göstərməkdir. Amma hər hansı texniki problem yoxdursa, yalnız yağışdan, sudan nəmlənibsə, o zaman sadə mikrofiber parça olduqca effektiv vasitədir. Yüksək hopdurma qabiliyyətinə malik olan bu parçaları əksər təsərrüfat malları mağazalarından əldə etmək olar və onlardan dəfələrlə istifadə etmək mümkündür.


Mikrofiber, suyu öz aralarında saxlayan nazik sintetik liflərdən ibarətdir. Bu xüsusiyyət parçaya səthdəki rütubəti heç bir tükcük və ya iz qoymadan tez bir zamanda özünə çəkməyə imkan verir. Amma təxminən yarım saatdan sonra  parçanı götürmək lazımdır. Ayaqaltını dərhal yerinə qoymaq məsləhət görülmür. Döşəmə örtüyünün qurumasına imkan yaranmalıdır, məsələn, avtomobili idarə edərkən isti hava axınını döşəmə hissəsinə yönəltmək olar.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO