Ramil İskəndərli: “Azərbaycançılıq ideologiyası milli birliyimizin əsas dayağıdır”

Ramil İskəndərli: “Azərbaycançılıq ideologiyası milli birliyimizin əsas dayağıdır”

Hazırda oxunan: Ramil İskəndərli: “Azərbaycançılıq ideologiyası milli birliyimizin əsas dayağıdır”
646006
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan heç bir dövlətin forpostuna çevrilməyən, öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdən suveren dövlətdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli “Azərbaycançılıq: milli birlik və həmrəylik düsturu” mövzusunda keçirilən ictimai müzakirədə bildirib.
 

O qeyd edib ki, azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayağıdır. Qlobal geosiyasi təzyiqlər, xarici ideoloji təsirlər, dezinformasiya və hibrid təhdidlər fonunda milli birliyin möhkəmləndirilməsi, cəmiyyətin dayanıqlığının artırılması və dövlətçilik dəyərlərinin müdafiəsi QHT-lərin mühüm vəzifələrindəndir.


“Azərbaycançılıq ideologiyası müxtəlif tarixi mərhələlərdə özünün güclü tərəflərini nümayiş etdirib. Bu gün isə bizim dünyaya təqdim edə biləcəyimiz mühüm dəyərlər və nailiyyətlərimiz var. Bunlar multikultural dəyərləri özündə ehtiva edən Azərbaycan modeli, tolerantlıq ənənələri və digər mühüm prinsiplərdir. Bu istiqamətdə dövlət səviyyəsində, ayrı-ayrı institutlar, qurumlar sistemli işlər görülür. Milli-mənəvi dəyərlərin yaşadılması və təbliği vətəndaş cəmiyyəti institutlarının əsas fəaliyyət istiqamətlərindəndir”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO