
- A-
- A
- A+
Qarabağın bərpasına ayrılan vəsait azaldılacaq
2030-cu ilədək işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı məqsədilə dövlət investisiya proqramı çərçivəsində 13,2 milyard manat vəsait ayrılması nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilər üçün dövlət investisiya proqramı üzrə ayrılması nəzərdə tutulan vəsaitin həcmi illər üzrə belə olacaq:
2027-ci il: 3 milyard 400 milyon manat;
2028-ci il: 3 milyard 300 milyon manat;
2029-cu il: 3 milyard 300 milyon manat;
2030-cu il: 3 milyard 200 milyon manat.
Beləliklə, 2027–2030-cu illərdə bu məqsədlə ümumilikdə 13 milyard 200 milyon manat vəsait ayrılması planlaşdırılır.
Qeyd edək ki, 2027-ci illə müqayisədə 2030-cu ildə ayrılması nəzərdə tutulan vəsait 200 milyon manat azdır.
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































