
- A-
- A
- A+
Naxçıvana ayrılan dotasiyanın məbləği azaldılacaq
2027-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 510 milyon manat proqnozlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Muxtar Respublikanın gəlirlərinin 38,8 faizini və ya 198 milyon manatını dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiya təşkil edəcək ki, bu da cari illə müqayisədə 13,6 milyon manat və ya 6,4 faiz azdır.
Naxçıvanın büdcəsinin öz gəlirləri isə cari illə müqayisədə 40,4 milyon manat və ya 14,9 faiz artımla – 312 milyon manat məbləğində proqnozlaşdırılır.
Murad, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































