Ukrayna ordusu iki vilayətdə irəliləyib – Təfərrüat

Ukrayna ordusu iki vilayətdə irəliləyib – Təfərrüat

Hazırda oxunan: Ukrayna ordusu iki vilayətdə irəliləyib – Təfərrüat
645969
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Müdafiə Qüvvələri son günlər ərzində Sumı və Donetsk vilayətlərində irəliləyib, həmçinin Rusiya ordusunun bir sıra hücum əməliyyatlarının qarşısını alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

Analitiklərin bildirdiyinə görə, Ukrayna qoşunları Sumı şəhərinin şimalında irəliləyərək mövqelərini qoruyub saxlayıblar. Bu, geolokasiya görüntüləri ilə təsdiqlənib. Görüntülərdə Rusiya ordusunun Andreyevka kəndinin cənub-qərbindəki Ukrayna mövqeyinə zərbə endirdiyi qeydə alınıb. Daha əvvəl Rusiya mənbələri həmin ərazinin öz qoşunlarının nəzarətində olduğunu iddia etmişdi.
 

Noyabrın 2-də və 3-də Rusiya qoşunları Kupyansk istiqamətində hücum əməliyyatlarını davam etdiriblər, lakin irəliləyə bilməyiblər. Buna səbəb Ukrayna qüvvələrinin Kupyanskın şimalında əks-hücuma keçməsi olub.


Mənbənin məlumatına görə, noyabrın 3-də Rusiya qoşunları Borovaya istiqamətində də hücum əməliyyatlarını davam etdiriblər. Ukrayna hərbçiləri isə Borovayanın şimal-şərqində əks-hücum həyata keçiriblər. Bununla belə, ISW Rusiya qüvvələrinin irəliləməsini təsdiqləyən hər hansı sübut qeydə almayıb.

Noyabrın 2-də və 3-də Rusiya ordusu Liman yaxınlığında hücum əməliyyatlarını davam etdirsə də, irəliləyiş əldə edə bilməyib. Ukrayna qüvvələri şəhərin şimal-şərqində və cənub-şərqində əks-hücumlar həyata keçiriblər.

ISW hesabatında həmçinin qeyd olunub ki, Ukrayna qoşunları daha əvvəl Slavyanskın şimal-şərqində yerləşən Piskunovka və cənub-şərqindəki Ray-Aleksandrovka yaşayış məntəqələrində irəliləyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO