Gələn il müdafiə və hüquq-mühafizə orqanlarının saxlanılmasına 8,8 milyard manat ayrılacaq

Gələn il müdafiə və hüquq-mühafizə orqanlarının saxlanılmasına 8,8 milyard manat ayrılacaq

Hazırda oxunan: Gələn il müdafiə və hüquq-mühafizə orqanlarının saxlanılmasına 8,8 milyard manat ayrılacaq
645935
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2027-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılmasına ayrılacaq vəsaitin məbləği bəlli olub.

Bizim.Media xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
 

Belə ki, 2027-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyarda 816,4 milyon manat vəsait yönəldiləcək ki, bu da 2026-cı illə müqayisədə 98,8 milyon manat və ya 1,1 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 748,4 milyon manat və ya 9,3 faiz çoxdur. 


2023-cü illə müqayisədə 2027-ci ildə müdafiə və milli təhlükəsizlıq xərclərinin dövlət büdcəsində xərclərində xüsusi çəkisi 4,7 faiz bəndi, mütləq ifadədə isə 2961,6 milyon manat və ya 1,5 dəfə artıb. 

2027-ci ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinə 3 milyard 438,6 milyon manat vəsait yönəldiləcək ki, bu da 2026-cı illə müqayisədə 102,3 milyon manat və ya 3,1 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 518,3 milyon manat və ya 17,7 faiz çox təşkil edir. 
 

Müdafiə və hüquq mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə, hüquq mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı tələb olunan vəsait 2027-ci ilin dövlət büdcəsində nəzərə alınıb. 


2027-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri bölmələrindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 443,7 milyon manat təşkil edəcək. 

Həmin vəsaitin 20,6 milyon manatı və ya 4,6 faizi müdafiə və milli təhlükəsizlik xərclərinin, 423,1 milyon manatı və ya 95,4 faizi isə məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinin payına düşür. 

Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO