Büdcə gəlirlərinin 64,4 faizinin vergi və gömrük daxilolmaları təşkil edəcək

Büdcə gəlirlərinin 64,4 faizinin vergi və gömrük daxilolmaları təşkil edəcək

Hazırda oxunan: Büdcə gəlirlərinin 64,4 faizinin vergi və gömrük daxilolmaları təşkil edəcək
645931
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2027-ci ilin dövlət büdcəsinə Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan daxilolmaların məbləği ÜDM-in 13,1 faiz həcmində olmaqla 18 milyard 430 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 1 milyard 520 milyon manat və ya 9 faiz çoxdur.

Bizim.Media xəbər verir ki, bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Daxilolmaların 80,6 faizi və ya 14 milyard 850 milyon manatı qeyri-neft-qaz sektorunun, 19,4 faizi və ya 3 milyard 580 milyon manatı neft-qaz sektorunun payına düşür.
 

Bundan əlavə, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 6 milyard 868 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 6 milyon manat çoxdur.


Beləliklə, gələn il vergi və gömrük xətti ilə büdcə daxilolmalarının məbləği 25 milyard 298 milyon manat olacaq. Bu isə ümumi büdcə gəlirlərinin təqribən 64,4 faizinə bərabərdir.

Qeyd edək ki, 2027-ci il üçün dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.  

Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO