
- A-
- A
- A+
Gələn ilin büdcə xərclərinin əsas istiqamətləri bəlli oldu – Siyahı
Ortamüddətli dövrdə dövlət büdcəsinin xərc siyasətinin başlıca sosial-iqtisadi hədəfləri bəlli olub.
Bizim.Media xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Əsas hədəflər aşağıdakılardır:
- Dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi;
- əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə həssas təbəqələrin sosial təminatının yaxşılaşdırılması;
- müdafiə olunan xərclərin, o cümlədən əməyin ödənişi, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlərlə bağlı xərclərin maliyyə təminatı;
- müdafiə və milli təhlükəsizlik tədbirləri;
- işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;
- süni intellekt texnologiyalarının tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi ölkələrin gələcək iqtisadi inkişafını müəyyən edən dövlət xidmətlərinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi;
- təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması.
Murad, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































