
- A-
- A
- A+
Qarabağ Universitetinin büdcəsi artırılır - Tələbə sayı 5 minə çatdırılacaq
Qarabağ Universitetində tələbə sayı 5 minə çatdırılacaq, universitetin fəaliyyətinə isə 51 milyon manat ayrılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.
Sənədə əsasən, Qarabağ Universitetində 9 istiqamət və 49 ixtisas üzrə 3500-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır. İxtisaslar arasında tibb də yer alır və bu istiqamət üzrə 250 nəfərin təhsil alması nəzərdə tutulur.
Məlumata görə, 2024/2025-ci tədris ilindən etibarən universitetdə tələbə sayının 5 minədək artırılması və onların yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.
Qarabağ Universitetinin fəaliyyətinin 2027-ci ildə təmin edilməsi məqsədilə 51 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu, cari illə müqayisədə 12 milyon manat və ya 30,8 faiz çoxdur.
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































