“Avroviziya-2027” mahnı müsabiqəsinin ilk iştirakçısı bəlli oldu

“Avroviziya-2027” mahnı müsabiqəsinin ilk iştirakçısı bəlli oldu

Hazırda oxunan: “Avroviziya-2027” mahnı müsabiqəsinin ilk iştirakçısı bəlli oldu
645972
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kipr “Avroviziya-2027” mahnı müsabiqəsində ölkəni təmsil edəcək ifaçının adını açıqlayan ilk iştirakçı ölkə olub.

Bizim.Media müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, Kipri müsabiqədə yunan müğənni Corc Perris təmsil edəcək.

İfaçı Kiprin ictimai yayım şirkəti CyBC tərəfindən təşkil olunan və yerli, eləcə də beynəlxalq ekspert komissiyalarının iştirak etdiyi qiymətləndirmənin nəticələrinə əsasən seçilib.
 

İndi Corc Perrisin müsabiqədə ifa edəcəyi mahnı müəyyənləşdirilməlidir. Kiprin yayım şirkəti həm Kiprdən, həm də digər ölkələrdən olan bəstəkarları, söz yazarlarını və mahnı müəlliflərini orijinal bəstələr təqdim etməyə dəvət edib. 


Müraciətlər dekabrın 13-dək qəbul olunacaq.

Seçimdən keçən mahnılar xüsusi televiziya proqramında təqdim ediləcək. Qalib tamaşaçıların və peşəkar münsiflər heyətinin səsverməsi əsasında müəyyənləşəcək. Hər iki tərəfin səsvermədə payı 50 faiz olacaq.

Corc Perris bir neçə dildə mahnılar ifa edən yunan müğənnidir. O, karyerası ərzində Mişel Leqran, Lara Fabian, Plasido Dominqo, Tina Arena və Marios Franqulis kimi tanınmış sənətçilərlə əməkdaşlıq edib.
 

2021-ci ilin dekabrında Corc Perris Amerika Səsyazma Akademiyası tərəfindən dünyanın müxtəlif ölkələrindən olan tanınmış ifaçılara həsr edilmiş “Global Spin” layihəsində iştirak etmək üçün seçilib.


Bundan başqa, müğənni UNICEF-in xoşməramlı səfiridir və uşaqlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı məsələlərlə məşğul olur. Fransa Mədəniyyət Nazirliyi ona İncəsənət və Ədəbiyyat ordeninin kavalerı fəxri adını verib.

“Avroviziya” mahnı müsabiqəsinin 71-ci buraxılışı 2027-ci ildə Bolqarıstanın Burqas şəhərində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO