Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Hazırda oxunan: Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video
645928
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 3-də saat 09:38-də Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində Cavid Ağayevin idarə etdiyi "Toyota" markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A.Abdullayevanı vurub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində A.Abdullayeva xəsarət alıb, körpənin vəziyyəti normaldır. Hadisədən sonra sürücü saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
 

İlkin araşdırma zamanı sürücü sükan arxasında yuxuya getdiyini və hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. O, həmçinin əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya getdiyini qeyd edib.


"Sükan arxasında dəfələrlə yuxuya getdiyini bilə-bilə yenidən avtomobil idarə etmək insanların həyatını birbaşa təhlükəyə atan bağışlanmaz məsuliyyətsizlikdir.

Yuxulu halda sükan arxasına əyləşməmək də, yolda yuxusu gələndə təhlükəsiz yerdə dayanmaq da sürücünün öz əlindədir. Ancaq gözləri yumulduğu halda yoluna davam edən sürücü bir daha gözlərini açmaya, sağ qalsa belə, bir insanın ölümünə səbəb olan bu səhv qərara görə illərlə evindən və ailəsindən uzaqda gecələyə bilər", - məlumatda bildirilib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO