
- A-
- A
- A+
Moskva məhkəməsi ukraynalı generalı axtarışa verdi
Moskva məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin generalı Anatoli Barqileviç barəsində qiyabi həbs qərarı çıxarıb.
Bizim.Media “RIA Novosti” agentliyinə xəbər verir ki, bu barədə məhkəmə materiallarında qeyd olunub. Rusiyada onu 20 ilədək həbs cəzası gözləyir.
Rusiya İstintaq Komitəsinin daha əvvəl yaydığı məlumata görə, Barqileviç Donbas ərazisində mülki əhaliyə qarşı qəddar rəftar və qadağan olunmuş müharibə vasitələrindən istifadə ilə bağlı cinayətlərin təşkilində iştirak etməkdə şübhəli bilinir. Ona qiyabi ittiham irəli sürülüb və axtarışa verilib.
İstintaq Komitəsinin iddiasına görə, Barqileviç 2014-cü ilin aprelindən Ukraynanın yüksək hərbi və siyasi rəhbərliyinin digər nümayəndələri ilə birlikdə Donbasda hərbi əməliyyatların təşkilində iştirak edib. 2024-cü ilin fevralından 2025-ci ilin martınadək isə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi bu əməliyyatları planlaşdırıb və təşkil edib.
Qurumun iddiasına əsasən, o, tabeliyində olan hərbçilərə yüksək dağıdıcı gücə malik silahlardan istifadə ilə bağlı əmrlər verib. Nəticədə uşaqlar da daxil olmaqla, çoxsaylı mülki şəxslər həlak olub və yaralanıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































