Səudiyyə Ərəbistanı Hörmüz boğazı problemindən qurtarır - Şərq-Qərb neft kəməri gündəmdə

Səudiyyə Ərəbistanı Hörmüz boğazı problemindən qurtarır - Şərq-Qərb neft kəməri gündəmdə

Hazırda oxunan: Səudiyyə Ərəbistanı Hörmüz boğazı problemindən qurtarır - Şərq-Qərb neft kəməri gündəmdə
645933
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti Şərq-Qərb neft kəmərinin genişləndirilməsi işlərinə başlayıb. Şirkət yaxın həftələrdə gündəlik neft hasilatını maksimum 12 milyon barelə çatdırmaq imkanına malik olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin prezidenti və baş icraçı direktoru Əmin ən-Nasir mətbuat konfransında məlumat verib. 

Onun sözlərinə görə, Şərq-Qərb neft kəmərinin genişləndirilməsi üzrə ilkin mühəndislik işlərinə başlanılıb. Şirkət, həmçinin enerji sektorundakı digər şirkətlərlə müqayisədə təcili təmir işlərini altı dəfə daha sürətlə həyata keçirir.
 

Təxminən 1200 kilometr uzunluğunda olan Şərq-Qərb kəməri Səudiyyə Ərəbistanının şərqindəki Baqiq şəhərindən Qırmızı dəniz sahilində yerləşən Yənbu limanına qədər uzanır. Kəmərin gündəlik ötürücülük gücü təxminən 7 milyon bareldir.


Xatırladaq ki, ABŞ-İran müharibəsi fonunda Hörmüz boğazında gəmiçiliyin pozulması Səudiyyə Ərəbistanını neft ixracı üçün alternativ marşrutlardan istifadəyə yönəldib. Şərq-Qərb kəməri ölkəyə neftin şərq bölgələrindən Qırmızı dəniz limanlarına qurudan nəqlinə və onun bir hissəsinin Hörmüz boğazından yan keçməklə ixracına imkan verir.

Hörmüz boğazı vasitəsilə neft axınının pozulmasından sonra “Saudi Aramco” gündəlik təxminən 4 milyon barel xam neftin Yənbu limanına yönləndirilməsi üçün bu kəmərdən istifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO