Şahin Abbasov yüksək vəzifəyə təyin olundu

Şahin Abbasov yüksək vəzifəyə təyin olundu

Hazırda oxunan: Şahin Abbasov yüksək vəzifəyə təyin olundu
646002
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinə yeni sədr müavini təyin edilib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə Şahin Abbasov Nazirliyin tabeliyindəki Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Şahin Abbasov 1991-ci ildə anadan olub. 2010-2013-cü illərdə Böyük Britaniyanın SOAS, London Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2014-2015-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində Beynəlxalq hüquq üzrə magistr təhsili alıb.

2014-2016-cı illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında çalışıb.

2016-2018-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində çalışıb.

2018-2025-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

2025-ci ildən hazırkı vəzifəsinə təyin olunanadək Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 iyun tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO