Gələn il dövlət hesabına təhsil və təqaüd alanların sayı artacaq

Gələn il dövlət hesabına təhsil və təqaüd alanların sayı artacaq

Hazırda oxunan: Gələn il dövlət hesabına təhsil və təqaüd alanların sayı artacaq
645918
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 4970 nəfər artaraq 148950 nəfər, təqaüd alanların sayının isə təqribən 6190 nəfər artaraq 118750 nəfər olacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
 

Qanun layihəsinə görə, artımlar nəzərə alınmaqla növbəti ilin dövlət büdcəsinin layihəsində dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 613,0 milyon manat vəsait proqnozlaşdırılıb. 


Həmin vəsaitin 422,0 milyon manatını təhsil xərcləri  184,0 milyon manatını təqaüd xərcləri, 7,0 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcək. 

Cari ilə nisbətən növbəti ildə artımın səbəbləri təhsilalanların və təqaüd alanların sayının artımı ilə bağlıdır.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO