İŞİD -in təbliğatçısı qadınlar imiş...

İŞİD -in təbliğatçısı qadınlar imiş...

Hazırda oxunan: İŞİD -in təbliğatçısı qadınlar imiş...

140611
Sən demə dünyanı lərzəyə salan terrorçu İŞİD təşkilatının ideyalarının yayılmasında müstəsna rolu qadınlar oynayırmış.

Moderator.az Science Advances jurnalına istinadən xəbər verir k, belə bir qərara tədqiqatçılar apardıqları analizlər nəticəsində gəliblər.

Ekspertlərin terrorçu İŞİD təşkilatının Vkontakt sosial şəbəkəsində apardığı analiz nəticəsində bəlli olub ki, bu terrorçu təşkilatın təbliğati işlərində və ideyaların cəmiyyətdə yayılmasına qadınlar müstəsna rola malikdir.

ABŞ-ın Mayamidəki Koral-Qeybls Universitetinin alimi Nil Conson (Neil Johnson) apardığı tədqiqatlar zamanı offlayn və onlayn şəbəkələrdə aparılan analizlər nəticəsində o da bəlli olub ki, İŞİD-in tərkibində dominant rolu kişilər oynasa da, qadınların sosial şəbəkələrdəki qruplar arasında təşkilatın bu günədək mövcudluğunun qorunub saxlanması və genişlənməsində daha etibarlı təbliğatçı kimi çıxış edir.

Conson qrupunun pardığı analizlərə əsasən qadınlar qlobal şəbəkələr vasitəsi ilə terrorçu İŞİD-in ekstremist ideyalarını audio və videoroliklər vasitəsi ilə yayır. Onlar eyni zamanda terrorçuların ölüm cəzalarını, insan başlarını kəsmələri ilə müşaiyət olunan videorolikləri yayırlar. Bu da nəticədə öz müsbət effektini verir və təşkilatla yeni üzvlərin cəlb edilməsinə xidmət edir.

Analizlər zamanı ikinci bir mühüm məsələ də ortaya çıxıb. Belə ki, qadınlar qruplar arasında əlaqələrin də yaradılmasında müsətsna rola malikdirlər.

Ancaq ekspertlər onu müəyyən edə bilməyiblər ki, terrorçu İŞİD-in bu zəif cinsə çox az azadlıq və hüquq verməsinə baxmayaraq, niyə məhz qadınlar terrorçu İŞİD-in ideyalarının təbliğində belə müstəsna rola malikdirlər və burada iştirak edirlər.

Bununla belə Conson qrupu hesab edir ki, İŞİD-qə qarşı effektli mübarizədə qadınların rolundan da istifadə etmək olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO