Medvedev: “Heydər Əliyev dünya tarixində müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb”

Medvedev: “Heydər Əliyev dünya tarixində müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb”

Hazırda oxunan: Medvedev: “Heydər Əliyev dünya tarixində müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb”
136328
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Heydər Əliyev dünya tarixində görkəmli siyasi xadim, müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ifadə edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Dmitri Medvedev Prezident İlham Əliyevə məktub ÜNVANLAYIB 


Məktubda deyilir ki, Heydər Əliyev öz xalqının layiqli oğlu olaraq, yeni Azərbaycanın – beynəlxalq aləmdə müstəqil və praqmatik siyasətini həyata keçirən güclü, firavan respublikanın hazırkı inkişaf istiqamətinin əsasını qoyub. 

Dmitri Medvedev qeyd edib ki, Rusiyada ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin davamlı inkişafına Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndirirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO