Sarayevoda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO

Sarayevoda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO

Hazırda oxunan: Sarayevoda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO
130544
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında rəsmi qarşılanma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Hərbi orkestrin ifasında Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət himnləri səslənib.

Dövlətimizin başçısı İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Bosniya və Herseqovinanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviçə təqdim edilib.



Sarayevoda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO - foto 1
Sarayevoda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO - foto 2
Sarayevoda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO - foto 3
Sarayevoda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO - foto 4
Sarayevoda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO - foto 5
Sarayevoda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO - foto 6
Sarayevoda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO - foto 7
Sarayevoda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO - foto 8
Sarayevoda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO