Rusiya hakimiyyətinin Ermənistana müasir silahların alınması üçün 200 milyon dollar güzəştli kredit ayırması şimal qonşumuzun Qarabağ məsələsinin həlli prosesində nə dərəcədə “ədalətli”x9d olduğunu növbəti dəfə ortaya qoydu. Ermənistan prezidentinin mətbuat xidməti bu silahların elə Rusiyadan alınacağını açıqlayıb. İşğalçı Ermənistana silah almaq üçün kreditin ayrılmasına dair saziş isə Rusiya-Ermənistan hökumətlərarası komissiyasının iyunun 26-da İrəvanda keçirilən iclasında imzalanıb.
“Bu kredit xa0erməni silahlı qüvvələrinin arsenalındakı müasir silahların və hərbi texnikanın assortimentini xeyli ölçüdə genişləndirəcək”x9d, - deyə Sərkisyanın mətbuat xidmətinin açıqlamasında bildirilir.
Rəsmi Bakının Rusiyaya etiraz notasına cavabında Moskvadan verilən reaksiya da təəccüblüdür. Rusiya bəyan edir ki, Azərbaycana da silah satmağa hazırdır. Düzdür, Rusiya daha çox böhranlı vəziyyətdə silah bazarından böyük gəlirlər əldə etmək istəyir və bundan əvvəl Azərbaycanla da 4 milyardlıq silah ticarəti olub. Hətta bu fakt İrəvanda etirazlara səbəb olmuşdu.xa0
İlk baxışdan belə görünə bilər ki, Moskva Ermənistanı sakitləşdirmək üçün ona “kreditlə”x9d silah verir. Ancaq istənilən halda Rusiyanın mövqeyi qəbulolunmazdır. Çünki Ermənistan təcavüzkar dövlət olduğu üçün əslində sanksiyalara məruz qalmalı, ona silah satışı dayandırılmalıdır. Moskvanın İrəvanı müasir silahlarla təmin etməsi isə işğalçılığı stimullaşdırmasından başqa bir şey deyil. xa0
Bu fakt beynəlxalq çevrələrdə də həssaslıqla qarşılanıb. Hətta hesab olunur ki, Rusiya Qarabağ bölgəsində ermənilərin əli ilə savaşı qızışdırmaq, Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün planlarını reallaşdırmaq istəyir. Ermənistana daşınan silahların paralel olaraq Türkiyəyə qarşı tuşlanacağını proqnozlaşdıranlar da var.xa0
Son zamanlar Qars müqaviləsinin ləğvi ilə bağlı təşəbbüslərin səslənməsinin fonunda ermənilərin silahlandırılması təsadüfi sayıla bilməz. Bu arada Rusiya mətbuatı ermənilərin Naxçıvana hücumu barədə yazıb. (ANS) “Moskovskiy Komsomolets”x9d saytı daxil olmaqla, bir sıra Rusiya KİV-ləri “Ermənistan Azərbaycanla müharibəyə başladı”x9d, “Ermənistan döyüşlər zamanı Azərbaycana soxuldu, qanlı döyüşlər gedir”x9d, “Ermənistan elan olunmamış müharibəyə başladı”x9d başlıqlı məqalələr dərc edib. Həmin xəbərlər “Azərbaycan mətbuatına istinadən”x9d verilib. Bildirilir ki, Culfa rayonunun Ləkətağ kəndinin sakini Aynur Sərkərovun verdiyi məlumata görə, ermənilər Naxçıvana giriblər və Azərbaycan tərəfdən itkilər var. Hətta həmin yazılarda qeyd olunur ki, guya Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda yaranmış vəziyyətlə bağlı heç bir məlumat vermir. Ümumiyyətlə, telefon zənglərinə cavab vermir. Ancaq Azərbaycanın Müdafiə Nazirliyi yayılan məlumatların şayiə olduğunu bildirib. Görünən budur ki, Rusiya ən müxtəlif cəbhələrdən Azərbaycana həmlə etməkdədir, burada Ermənistanın silahlandırılmasından tutmuş, təbliğat müharibəsinə qədər bir sıra məsələlər yer alır. xa0
Politoloq Elxan Şahinoğlu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Rusiyaya nota verməsini, Moskvanın Ermənistana silah və hərbi texnikanın alınması üçün 200 milyon dollar kredit verməsindən dolayı narahatlığını təbii saydı: “Əlbəttə, istənilən ölkəyə silah satması və ya bu məqsədlə kredit ayırması Rusiyanın hüququdur. Ancaq Kreml hər yerdə beynəlxalq hüququn aliliyindən və Suriyanın ərazi bütövlüyünə hörmətdən danışır. Buna görə də Kreml Suriya kimi Azərbaycanın ərazi bütövlüyünə da hörmət etməlidir. Rusiya Ermənistana silah verə bilər, ancaq üzərinə təminat götürməlidir ki, bu silahlar Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməyəcək. Elə Azərbaycan XİN-in Moskvaya ünvanladığı nota da məhz bu sözlərlə bitirdi ki, Rusiya 200 milyon dollarlıq silah və texnikanı işğal altındakı ərazilərdə yerləşdirməyəcəyinə dair zəmanət verməlidir”x9d.xa0
E.Şahinoğlu əmindir ki, Kreml Bakıya belə bir zəmanət verməyəcək: “Çünki Rusiya həmin silah və texnikanı kasıb Ermənistana məhz ona görə verir ki, separatçılar Azərbaycan qarşısında hərbi nöqteyi-nəzərdən zəifləməsinlər. Azərbaycanın hərbi imkanları və hərbi büdcəsi ilbəil artır. Ermənistanın isə belə imkanları yoxdur. Ona görə də Rusiya Ermənistana köməyini artırır. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova mətbuat konfransında bu mövzuda suala cavab verərkən dedi ki, Moskva Cənubi Qafqazda balansı saxlamaq üçün həm Azərbaycana, həm də Ermənistana silah satır. Əslində bu, belə deyil. Rusiya Azərbaycana silah satır və pul qazanır, Ermənistana isə silahı pulsuz verir və bundan qazancı olmur”x9d.
Politoloq deyir ki, Rusiya hakimiyyətinin siyasətini proqnozlaşdırmaq mümkün deyil: “3 il öncə Ukraynanı ”x9dqardaş ölkə" adlandırırdılar, indi isə bu ölkəni faktiki parçalayıblar. Və ya bir il öncəyə qədər Türkiyə ilə strateji tərəfdaş idilər, indi isə Türkiyə ilə mümkün müharibədən danışırlar. Ona görə də bunları görən Baltikyanı ölkələr öz təhlükəsizlikləri üçün həyəcan təbili çalırlar. Rusiyada hakimiyyət dairələri Azərbaycanı tərəfdaş ölkə adlandırsalar da, münasibətlərimizin gələcəyi haqqında konkret fikir söyləmək çətindir. Misal üçün, kənd təsərrüfatındakı əməkdaşlığı göstərə bilərik. Azərbaycan hakimiyyəti Rusiya bazarına ümidlidir. Ancaq Rusiya sanitar xidməti tez-tez Azərbaycanın kənd təsərrüfatı məhsullarının hansısa normalara uyğun olmadığını açıqlayır. Üstəgəl, Rusiya tərəfi şübhələnib ki, Azərbaycandan Rusiyaya pomidor tomatının ixracının 5 dəfə artması təsadüfi deyil, guya Türkiyə Azərbaycan üzərindən Rusiyaya məhsul ötürür. Azərbaycan tərəfi bu iddiaların əsassız olduğunu bildirsə də, Rusiya buna reaksiya vermir. Bu hadisənin ardınca, keçən həftə Azərbaycandan Rusiya üzərindən tranzitlə İtaliyaya göndərilən 22 ton fındıq saxlanılıb. Halbuki bu fındıq Rusiya bazarında satılmayacaqdı. Bununla da Rusiya tədricən 1990-cı illərin siyasətinə qayıdır, yenə də Azərbaycana qarşı qeyri-rəsmi embarqo həyata keçirir. Ona görə də nə qədər Rusiya ilə normal qonşuluq münasibətlərinin davamına çalışsaq da, mümkün təhlükələrdən də özümüzü sığortalamalı, müttəfiq dövlətlərlə siyasi və hərbi əlaqələrimizi inkişaf etdirməliyik".
Hərbi ekspert Üzeyir Cəfərov da şimal qonşumuzla bağlı narahatlığını bölüşdü: “Rusiya yenə bizim başıbəlalı bölgəmizə çox böyük fəlakət gətirə biləcək silah-sursatı, ağır hərbi texnikanı yorulmadan daşımaqdadır. Silahların bir hissəsi Moskvadan birbaşa, digər hissəsi isə Cənub Federal Hərbi Dairəsinin bazalarından həm Gümrüdəki 102-ci bazaya, həm də Ermənistan Silahlı Qüvvələri üçün artıq gətirlməyə başlayıb. Nəzərə almalıyıq ki, budəfəki silah-sursatın içində təkcə yeni avtomat və pulemyot deyil, daha müasir və yeni nəsil təyyarə və raket sistemləri də var. Bu isə təkcə Azərbaycana və qardaş Türkiyəyə deyil, eyni zamanda bizə dost və yaxın qonşu olan Gürcüstana da gələcəkdə çox ciddi problem yarada biləcək addımdır. Bu azmış kimi, Rusiyanın Ermənistana 200 milyon dollar məbləğində silah-sursat satdığı məlum olub. Bəzi mənbələr bu müqavilənin formal olduğu, reallıqda Rusiyanın Ermənistana daha çox - 1 milyard dollar məbləğində silah verdiyini iddia edir. Şəxsən mən bunu aysberqin yalnız görünən hissəsi kimi qəbul etməyin tərəfdarıyam. Yəqin ki, reallıqda bu rəqəm daha böyük və daha dəhşətlidir”x9d.xa0

Ü.Cəfərov Rusiyanın Bakının notasına verdiyi cavabı “formal və məntiqdənkənar”x9d adlandırdı: “Faktiki onlar başa düşürlər ki, artıq onların qeyri-səmimi hərəkət və davaranışlarını bütün dünya aydın görür. Belə davam edə bilməz. Bu, necə sülhyaratma missiyasıdır ki, sən işğalçıya ən müasir silah-sursatı verirsən və ona deyirsən ki, narahat olma, mən sənin yanında və arxandayam? Digər tərəfdən, mən öz günahımızı da xüsusi olaraq qeyd etmək istərdim. 1994-cü ildə Rusiya Ermənistana 1 milyard dollarlıq qeyri-qanuni silah-sursat verəndə Dövlət Dumasında general-leytenant Lev Roxlinin sədrliyi ilə bir komissiya yaradıldı və guya onlar bu məsələni araşdıracaqdılar. Sonda nə oldu? Biz prinsipiallıq göstərmədik, məsələnin sona kimi araşdırılmasına nail olmadıq, o silahlar bizim onlarla hərbi qulluqçumuzu və mülki vətəndaşımızı qətlə yetirdi, yaraladı və ən sonda bu işin araşdırıcısı Lev Roxlini ermənilər rusların öz əli ilə güllələyərək öldürdülər. Adını da qoydular ki, guya generalı həyat yoldaşı öldürüb. Biz nə qədər prinsipial olmayacağıq və öz haqqımızı sona qədər qorumayacağıq, başımıza minbir bəla, fəlakətlər gələcək. Bunu unutmamağımız gərək. Rusiya o silah-sursatı ”x9dkonsert" vermək üçün bölgəyə daşımır. Ayıq-sayıq olmaq lazımdır! Təhlükənin miqyası get-gedə genişlənir. Putinin ölkə başçımızla tez-tez telefon və belə təmasları da məndə hiyləgərlik əlamətlərinin olması şübhələrini yaradır. Təki mən yanılım, amma 2016-cı il Cənubi Qafqazın taleyi üçün çox böyük önəm kəsb edən il olacaq. Ona görə də rəsmi Moskva çox tələsik bölgəyə ağır silah-sursat göndərir".
Bu arada məlum olub ki, Rusiyanın Xəzər donanmasının 50-dən çox gəmisi dənizə təlimlərə çıxmağa hazırlaşır. Virtualaz.org bildirir ki, bu barədə RF Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, hazırda ekipajlar praktiki işlər - gəmilərin dənizə çıxışı və hərbi əməliyyatlar üzrə tədbir komplekslərinin məşqi və həyata keçirilməsilə məşğuldur: “Son iki qış mövsümü üzrə təlim ayları (mart və aprel) ərzində hər bir gəmi lazımi hərbi təlim və məşqlər kompleksini həyata keçirəcək. Onların sırasında dəniz, sahil və hava məqsədlər istiqamətində raket və artilleriya təlim atışları da var”x9d.xa0
Hər halda, Rusiyanın nəinki Azərbaycana, ümumiyyətlə, bütün dünyaya meydan oxuduğu aydın görünür. Ermənistanın hava məkanını da tam nəzarət altına almasını rəsmiləşdirəndən sonra bu ölkəni sürətlə silahlandırması, Xəzərdəki donanmasını gücləndirməsi şimal qonşumuzun yeni əməliyyat planı üzərində işləməsi təəssüratını yaradır. Krımın işğalını Suriya olayları ilə unutduran Kreml dünyanın diqqətini indi hansı işğal zonası ilə yayındırmaq istəyir? Günün sualı budur...(musavat.com)






































































































