“Mingəçevir Elektrik Stansiyasının 8 bloku yenidən qurulub” - Dövlət başçısı

“Mingəçevir Elektrik Stansiyasının 8 bloku yenidən qurulub” - Dövlət başçısı

Hazırda oxunan: “Mingəçevir Elektrik Stansiyasının 8 bloku yenidən qurulub” - Dövlət başçısı

120126

“İllər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlayıb”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.

Qısa müddət ərzində artıq 8 blokun tamamilə yenidən qurulduğunu və istifadəyə verildiyini diqqətə çatdıran dövlət başçısı deyib: 

“Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlayıb və 2400 meqavat generasiya gücünə malik olub. Onu da bildirməliyəm ki, bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdir”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO