“İran zəlzələdən dağılan evlərin bərpasında maraqlı deyil” – Əhməd Obalı  

“İran zəlzələdən dağılan evlərin bərpasında maraqlı deyil” – Əhməd Obalı  

Hazırda oxunan: “İran zəlzələdən dağılan evlərin bərpasında maraqlı deyil” – Əhməd Obalı  
118408
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"İran hökuməti Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş verən zəlzələ nəticəsində dağılan evlərin bərpasında maraqlı deyil".

Bizim.Media xəbər verir ki, bunu “Az TV”yə müsahibəsində “Günaz.TV”nin rəhbəri Əhməd Obalı deyib.

O, Tehran rejiminin bunu məqsədli şəkildə etdiyini bildirib.

"İran Türkiyə ilə Güney Azərbaycan arasında kürd zolağı yaratmağa cəhd göstərir. Buna görə də zəlzələdə dağılan evlərin bərpasında maraqlı deyil.

Hökumət bu vasitə ilə yerli azərbaycanlıların başqa bölgələrə köçürülməsinə çalışır, onların əvəzinə kürdləri orada yerləşdirməyi planlaşdırır", - deyə Obalı bildirib.

Qeyd edək ki, Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ nəticəsində 9 250 evə ziyan dəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO