İranda səfirliyini bağlamağı planlaşdıran ÖLKƏLƏR - Tehranda hər gün TERROR arta bilər

İranda səfirliyini bağlamağı planlaşdıran ÖLKƏLƏR - Tehranda hər gün TERROR arta bilər

Hazırda oxunan: İranda səfirliyini bağlamağı planlaşdıran ÖLKƏLƏR - Tehranda hər gün TERROR arta bilər

117425

Yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə edilən terror hücumu onu göstərir ki, indiki halda səfirliyin orada qalıb fəaliyyət göstərməsi təhlükəlidir. Onun nəticəsidir ki, Bakı Tehrandakı səfirliyin fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Səfirlik əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. 

Çünki baş vermiş hadisə göstərdi ki, İranın diplomatik korpus və diplomatların toxunulmazlığı və təhlükəsizliyinin təminilə bağlı beynəlxalq qanunlarda nəzərdə tutulmuş qaydalara əməl etmək bacarığı yoxdur.

Hətta ola da bilsin, İran rejimi özü bunu istəmir. Belə olan halda vəziyyət dəyişməyənə qədər, səfirliyin fəaliyyətinin bərpası mümkünsüzdür.   

Digər tərəfdən, İran öz əməllərilə dünyada terrora dəstək verən dövlət imici qazanıb. Həmin ölkədə belə qatil əhval-ruhiyyəsi hökm sürür. Rejim tərəfindən əhali əsasən məhz belə fəaliyyətlərə şirnikləndirilir. Belə olan halda, anoloji hadisənin, terror təhlükəsinin yenidən təkrarlanmayacağına zəmanət vermək olmaz. Tehranın özünün də hərəkətləri onu göstərir ki, bu ölkə real olaraq həmin zəmanəti vermək və onu təmin etmək gücündə deyil. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun dediyi kimi, artıq İrana etibarımız yoxdur. Bu dövlət anoloji fəaliyyətilə öz imicini bərbad günə salıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bir sıra ölkələr İrandakı səfirliklərinin fəaliyyətini dayandırmaq niyyətindədir


Hədə qorxu, şantaj dili ilə danışmaq, diplomatik nümayəndəliklərə basqınlar etməklə molla rejimi İranın özünü inkişafdan saxlayaraq, onu orta əsrlər dövrünə qaytarır. Bu siyasət sonda İranın özünü uçuruma aparacaq. 

Hadisə bir daha göstərdi ki, İran tərəfi beynəlxalq öhdəliklərə uyğun olaraq diplomatların təhlükəsizliyini təmin edə bilmir. Belə olan halda, Azərbaycan səfirliyinin mövcud vəziyyətdə orada qalıb fəaliyyətini davam etdirməsi diplomatlar və onların ailə üzvlərinin həyatları üçün risq deməkdir.

Ona görə də mövcud situasiyada səfirlik əməkdaşlarının təxliyə edilməsi ən doğru və optimal yoldur. İran tərəfinin bu fonda “buna ehtiyac yox idi” kimi açıqlamaları mənasızdır.

Tehran bunu deməklə əslində özünün baş vermiş olayda guya ki, günahının olmadığı obrazını formalaşdırmağa çalışır. Belə açıqlamalar verməklə özünü gülünc vəziyyətə qoymaqdansa, İran diplomatik korpusun təhlükəsizliyinin təmini üçün real addımlar atsa, daha doğru olar.

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Bakının Tehrandakı diplomatik korpusu çıxarması İran üçün diplomatik baxımdan ağır zərbədir:

“Azərbaycanın səfirlik əməkdaşlarının bütün heyətlə Tehrandan təxliyə edilməsi mövcud vəziyyətdə atılan ən doğru və düzgün addımdır. İran son hərəkətilə göstərir ki, bu ölkə diplomatik korpuslar barədə 1961-ci il Vyana konvensiyasının qərarlarına əməl etmək niyyətindən uzaqdır. Bakı dəfələrlə xəbərdarlıq etsə də, İran Azərbaycanı gözündə kiçik görməkdə davam edirdi. Terrora dəstək verən bir ölkədə bundan sonra səfirliyin fəaliyyət göstərməsi onların həyatını təhlükə altına qoymaq demək olardı. Çünki belə bir ölkədə anoloji olayların yenidən təkrarlanmayacağına zəmanət vermək mümkün deyil. 

Bir müsəlman, əhalisinin əksəriyyəti şiə mənsəbinə məxsus dövlətin, dünyanın tək şiə dövləti hesab olunan İrandan səfirliyini çıxarması Tehran üçün diplomatik baxımdan ağır zərbədir.

Amma onlar bunu qansalar. Amma qanmayacaqlar. Çünki orada hakimiyyətdə boşbaş mollalardır. Azərbaycanın ardınca digər ölkələr də səfirliklərini İrandan çıxaracaq. Belə ki, artıq, digər ölkələr də səfirliklərini bağlamaq barədə düşünürlər. Artıq İngiltərə, Almaniya belə addım atacaqlarını bəyan edib”.

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO