Zəngəzurda daha bir ərazi Azərbaycana verilir - Erməni mediası

Zəngəzurda daha bir ərazi Azərbaycana verilir - Erməni mediası

Hazırda oxunan: Zəngəzurda daha bir ərazi Azərbaycana verilir - Erməni mediası
10833
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Mediaport" Telegram kanalı bir mənbəyə istinadən yazır ki, Zəngəzur mahalının (Sünik) Nerkin (Xınzirək) icmasının əraziləri GPS-in köməyi ilə azərbaycanlılara veriləcək.

Bizim.Media xəbər verir ki, Sünik bölgəsi icmalarının rəhbərləri məsələni təkbaşına həll etməyə çalışırlar, çünki heç bir hökumət nümayəndəsi delimitasiya işinə qarışmır.
 

MÖVZU İLƏ BAĞLI:

Şurnux yox, Şurnuxu! - KƏND ZİYALISININ ETİRAZI - FOTO


“Hazırda vəziyyət sakitdir. Düşmənin icmanın bəzi evlərinə daxil olduğu barədə məlumatlar həqiqətə uyğun deyil” deyə Telegram kanal yazır.

"Togarma" Telegram kanalının verdiyi məlumata görə, Nerkin-Xndzoresk icmasının rəhbəri kənd yaxınlığındakı sərhədin müəyyənləşdirilməsi barədə məlumatı təsdiqləyib.

İcma GPS vasitəsi ilə “dövlət sərhədinin yoxlanılması”nı həyata keçirir. Bundan əvvəl, sərhədlə bağlı xəbər Mediaport tərəfindən yayımlanıb. Kəndin başçısı Ervənd Malunts bu məlumatları təkzib etməyib, çünki nəşrdə qeyd olunanların həqiqət olduğunu deyib.

Xatırladaq ki, Ermənistan hakimiyyəti eyni canfəşanlıqla Şurnuxudakı evlərin və yüksəkliklərin Azərbaycana verilməsi barədə məlumatları da təkzib etmişdilər, ancaq sonra sakinlər evlərini yandıraraq torpaqlarını tərk ediblər.

Bizim.Media

Zəngəzurda daha bir ərazi Azərbaycana verilir - Erməni mediası - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO