Arazı elə yox, belə keçirlər - Qardaş ordulardan mollalara TARİXİ CAVAB

Hazırda oxunan: Arazı elə yox, belə keçirlər - Qardaş ordulardan mollalara TARİXİ CAVAB

107999

Xəbər verdiyimiz kimi, bu gün İranla sərhəddə üç istiqamətdə - Astara, İmişli və Cəbrayılda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri start götürüb. Bununla da, rəsmi müttəfiq olan iki qardaş ölkənin orduları gələcək təhdidlərə qarşı çiyin-çiyinə mübarizə aparacağını nümayiş etdirir.

Əslində, təlimlərin keçirildiyi bölgəyə nəzər salmaq hansı istiqamətdən gələcək təhdidlərə qarşı hazırlığın getdiyini görməyə yetir.

Arazdan keçdim gəldim... 

Yəqin ki, xatirinizdədir, bir müddət əvvəl din “qardaşlarımız”, cənub qonşumuz İran Araz çayı sahilində təlimlər keçirirdi. Hansısa çayın üzərinə körpülər atıb, Arazı “belə keçəcəyik” deyib qürrələnirdilər. Hələ abırsızcasında bəyanatlar səsləndirib, təlimlərin Azərbaycana qarşı yönəlmədiyi yalanını uydurmaqdan belə çəkinmirdilər. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan ordusu Araz çayını belə keçdi – ANBAAN VİDEO


Görəsən, Arazı keçməklə başqa hansı ölkənin ərazisinə daxil ola bilərlər, Ermənistanın? Əlbəttə ki, yox. Çünki İran Arazı Ermənistan istiqamətindən yalnız qardaşlıq nümayişi üçün keçir.

Üstəlik sərhədimizə yığdıqları silahla, keçirdikləri təlimlərlə İran yalnız dosta qorxu, düşmənə güvən verməyi bacardı. Yaşı mollaların hakimiyyətə gəldiyi vaxtdan belə qədim olan silahlarla başqa cür vəziyyətin yaranmasını gözləmək də olmazdı.

Bir haşiyə də çıxaraq, ötən ilin payızını yada salaq. Onda da İran sərhədimizdə təlimlər keçirirdi. Bunun cavabı isə Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimi ilə verildi.

Və bu gün də Azərbaycan və Türkiyə orduları meydandadır. Özü də Arazın bu tayında, İrana bir nəfəs qədər yaxın. Ən müasir silahlarla İrana yerini göstəririk. Eyni zamanda İrandan fərqli olaraq Arazı keçməyi imitasiya etmir, həqiqətən keçirik. Kimliyindən asılı olmayaraq, dilindən təhdidləri əsirgəməyənlərin cavabını hansı formada verəcəyimizi nümayiş etdiririk.

İrana son xəbərdarlıq

Heç birimizə sirr deyil ki, İran müstəqil Azərbaycanı heç zaman könül xoşluğu ilə qəbul etməyib, hər fürsətdə qəlblərini doldurmuş qısqanclıq dolu nifrəti büruzə verməyə çalışıb. Uzaq keçmişə getməyə ehtiyac yoxdur. Elə əsrin əvvəlində, 2001-ci ildə İranın Xəzər dənizi üzərindəki özbaşınalıqlarını xatırlamaq kifayətdir. Onda da cənub qonşumuzun cavabı Türkiyə ilə birgə verilmişdi. Bakıda havalanan Xəzər şahinləri cənubdan gələn qarğaları yuvalarına geri yola salmışdı. 

Bu gün də Azərbaycan-Türkiyə hərbi təlimlərinin iki ölkənin qardaşlığının nümayişidir, həm də İrana və təhdidi leksikonunda əksik etməyən digər güclərə cavabdır. Görsünlər ki, Azərbaycan yalnız, nə də gücsüz deyil. Yeri gələndə dəmir yumruğunu işə salmağı bacarır. Və yumruğu təkbaşına endirmir, qardaş Türkiyə də onun yanındadır.

İran əgər Prezident İlham Əliyevin bir müddət öncə səsləndirdiyi bu fikirlərdən dərs çıxarsa idi, əslində heç təlimlərə də ehtiyac qalmazdı:
 

“Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu da tək deyil, o cümlədən orada da türk ordusu var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”.


İndi isə mollalara dərs çıxarmaq üçün daha bir fürsət verilib. Baxsınlar, görsünlər ki, hansı silahlara, gücə və dosta malik ölkə ilə təhdid dilində danışıblar. Əgər bundan da nəticə çıxarmayıb, hazırki siyasətlərinə davam etsələr, daha Araz Azərbaycanla İran arasında sərhəd olmayacaq...

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO