Rusiya MN:

Rusiya MN: "Ukraynanın 83 hərbi obyekti vurulub"

Hazırda oxunan: Rusiya MN: "Ukraynanın 83 hərbi obyekti vurulub"

66087

Rusiya Silahlı Qüvvələri Ukraynanın bir neçə hərbi anbarını məhv edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

O bildirib ki, martın 22-də Ukrayna hərbi obyektlərinə havadan və dənizdən yüksək dəqiqlikli uzaqmənzilli raketlər atılıb.

“Ukrayna qoşunlarının Lisiçansk və Kramatorsk qəsəbələrində iri yanacaq və sürtkü materialları anbarları, Drujkovkada raket və artilleriya silahı anbarı, Nadejdinka və Novoaleksandrovkada silah-sursat anbarları məhv edilib", - deyə İ.Konaşenkov bildirib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi ümumilikdə Ukraynanın 83 hərbi obyektinin vurulduğunu açıqlayıb.

Onların arasında dörd komanda məntəqəsi, dörd zenit-raket kompleksi, üç raket və artilleriya anbarı, 68 hərbi texnika var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO