
- A-
- A
- A+
Tuskdan xəbərdarlıq: Polşa-Rusiya sərhədində təxribat olacaq – Video
Noyabrın ilk yarısında Polşanın Rusiya ilə sərhədində diversiya aktları və ya daha ciddi təxribatlar baş verə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk hökumətin iclasından əvvəl bildirib.
Onun sözlərinə görə, Sərhəd Xidmətindən Polşa-Rusiya sərhədinin şimal hissəsində şübhəli fəaliyyətlə bağlı məlumat daxil olub.
“Düşmən kəşfiyyat xidmətləri tərəfindən təşkil edilən təxribat aktları da baş verə bilər”, – deyə Tusk əlavə edib.
Onun sözlərinə görə, ötən gecə Polşanın qonşuluğunda yerləşən Rusiyanın Kalininqrad vilayətində “fənərlə gəzən şübhəli insanlar” müşahidə edilib.
Bundan sonra Polşa tərəfi operativ şəkildə əraziyə lazımi qüvvə və vasitələr göndərib. Bu isə “mümkün təxribatın qarşısını almağa imkan verib”.
“Biz müvafiq qüvvə və vasitələri çox sürətlə səfərbər etdik və təxribat cəhdinin qarşısını ala bildik. Əgər məqsəd məhz bu idisə, əlbəttə, bunu heç vaxt tam əminliklə təsdiqləyə bilməyəcəyik”, – deyə hökumət başçısı qeyd edib.
Qeyd edək ki, daha əvvəl Polşanın Avropa İttifaqının ayırdığı vəsait hesabına Ukrayna ilə sərhədinin təxminən 112 kilometrlik hissəsini elektron mühafizə vasitələri ilə təchiz edəcəyi barədə məlumat yayılmışdı.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































