Ayı yaşayış evinə girdi, yemək yedi - Divanda yatdı

Ayı yaşayış evinə girdi, yemək yedi - Divanda yatdı

Hazırda oxunan: Ayı yaşayış evinə girdi, yemək yedi - Divanda yatdı
645882
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Tomsk vilayətinin şimalında yerləşən Neqotka qəsəbəsində ayı yaşayış evinə girib, soyuducunu dağıdıb, yemək yeyib və divanda yatıb. Hadisə zamanı ev sahibi qadın evdə olmayıb.

Bizim.Media “RIA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tolparovsk kənd yaşayış məntəqəsinin rəhbəri Lyudmila Qavrilova məlumat yayıb.

Onun sözlərinə görə, hadisə ötən həftənin sonunda Kargasok rayonunun Neqotka qəsəbəsində baş verib.
 

“Ev sahibəsi yox idi, səfərdə idi. Ayı isə yaşayış evinə girib. İçəridə hər şeyi alt-üst edib, pəncərəni çıxarıb, hər şeyi sındırıb. Soyuducunu dişləyib dağıdıb, görünür, orada yeməli nəsə tapıb. Ətrafdakı hər şeyi cırmaqlayıb. Şəkilləri divardan götürüb. O, evdə ora-bura qaçıb hər şeyi dartışdırarkən hətta televizor da işə düşüb. Sonra, görünür, yemək yeyib və divana uzanaraq yatıb”, – deyə Qavrilova bildirib.


O, əlavə edib ki, yırtıcı yemək axtararkən dişləri və pəncələri ilə soyuducunu tamamilə dağıdıb. Ehtimal olunur ki, soyuducuda ət və yumurta olub. Ayı, həmçinin masanı və mətbəx mebel dəstinə aid şkafı da sındırıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, səhər saatlarında qadının qohumları sobanı qalamaq və pişikləri yemləmək üçün evə gəliblər. Onlar əvvəlcə xorultu səsi eşidib, sonra ayının divanda yatdığını görüblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO