Seçkiləri uduzan Tramp Ağ Evin əməkdaşlarını işdən çıxaracaqmı?

Seçkiləri uduzan Tramp Ağ Evin əməkdaşlarını işdən çıxaracaqmı?

Hazırda oxunan: Seçkiləri uduzan Tramp Ağ Evin əməkdaşlarını işdən çıxaracaqmı?
645888
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Donald Tramp respublikaçıların aralıq seçkilərdə məğlubiyyətindən sonra prezident administrasiyasında (Ağ Ev – red.) kadr dəyişiklikləri etməyi planlaşdırmır.

Bizim.Media xəbər verir ki, Tramp bunu “Fox News” telekanalının canlı efirində deyib. 

ABŞ prezidentindən seçkilərin nəticələrindən sonra hökumətdə dəyişikliklərin gözlənilib-gözlənilmədiyi birbaşa soruşulub. O, qısa şəkildə “xeyr” cavabını verərək, bunun ümumiyyətlə öz komandasına aidiyyəti olmadığını bildirib.

Tramp ABŞ-da keçirilən seçkilərdən sonra mümkün dəyişikliklərlə bağlı əlavə təfərrüat açıqlamayıb.

Maraqlıdır ki, son günlər Trampın mövqeyində nəzərəçarpacaq dəyişiklik baş verib. Səsvermədən əvvəl o, CBS telekanalına açıqlamasında demokratların Konqresdə çoxluğu əldə edəcəyi təqdirdə onlarla müzakirələrin qısa olacağını bildirmişdi.

“Ali hakimiyyətə malikəm, onun adı vetodur”, – deyə ABŞ lideri qanunverici orqandakı qüvvələr nisbətinin dəyişməsi ilə bağlı suala cavab verərkən söyləmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO