21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Hazırda oxunan: 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb
645899
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırğızıstanın paytaxtı Bişkekdə 21 min dollar məbləğində dələduzluqda şübhəli bilinən prokurorluğun xanım "polkovnik"i saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan mediası Baş Daxili İşlər İdarəsinə istinadən məlumat yayıb.

Şübhəli bilinən 38 yaşlı E.U. əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilib. O, özünü Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı kimi təqdim edib və polkovnik paqonlu forma geyinib.

İstintaqın məlumatına görə, o, zərərçəkmişin etibarını qazanıb və müxtəlif bəhanələrlə ondan ümumilikdə 21 min dollar alıb.

Xüsusən də, o, mehmanxana biznesi açmağa kömək etməyi, şikayətçinin qızını Kembric Universitetinə düzəltməyi, Türkiyəyə endirimli qiymətə səyahət paketi almağı, mənzil almağı və məsələlərin guya Baş Prokurorluq vasitəsilə həll olunmasını vəd edib.

Bundan başqa, şübhəli şəxs təcili maliyyə yardımına ehtiyacı olduğunu iddia edərək borc pul istəyib. Baş Daxili İşlər İdarəsinin məlumatına görə, o, həmçinin istintaq təcridxanasında və islah müəssisələrində məhbuslarla görüşlər təşkil etmək vədləri müqabilində də pul alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO