
- A-
- A
- A+
Paşinyan: “Azərbaycanla sülh Cənubi Qafqaz üçün yeni imkanlar açır”
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün və regional əməkdaşlığın inkişafının Cənubi Qafqaz üçün yeni perspektivlər yaratdığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Brüsseldə keçirilən “Aİ-nin genişlənməsi üzrə 2026-cı il Sammiti” çərçivəsində “Euronews”a müsahibəsində danışıb.
Paşinyanın sözlərinə görə, bu proses xüsusilə logistika və beynəlxalq yükdaşımalar sahəsində yeni imkanlar açır. Baş nazir qeyd edib ki, hazırda əsas məsələlərdən biri Vaşinqtonda paraflanmış sülh sazişinin imzalanması və ratifikasiya edilməsidir.
O, həmçinin regionun nəqliyyat və infrastruktur əlaqələrini gücləndirməli olan TRIPP layihəsinin həyata keçirilməsi planlarından danışıb.
Paşinyan vurğulayıb ki, Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlıq qlobal təchizat zəncirlərindəki böhranın aradan qaldırılmasına kömək edə və Cənubi Qafqazın beynəlxalq arenadakı mövqeyini gücləndirə bilər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































