London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

Hazırda oxunan: London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

639768

Londondan İstanbula uçan "AJet" aviaşirkətinin təyyarəsində sərxoş sərnişin narahatlıq yaradıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Turkiye Today" qəzeti məlumat yayıb.

London Stansted Hava Limanından Sabiha Gökçen Hava Limanına uçan VF-1990 reysi zamanı xarici ölkə vətəndaşı olan sərxoş sərnişin əvvəlcə yaxınlıqda oturan qadını narahat edib.

 

Xəbərdarlıqlara məhəl qoymayan sərnişin aqressiv davranışını davam etdirərək vəziyyətə müdaxilə edən ekipaj üzvünü və digər bir sərnişini dişləyərək yaralayıb. Bundan sonra heyət təhlükəsizlik prosedurlarına uyğun olaraq onu zərərsizləşdirib.


Təyyarə eniş etdikdən dərhal sonra həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Xəsarət alan heyət üzvü və sərnişin onun barəsində rəsmi şikayət ediblər. Aviaşirkət həmin sərnişinin "qara siyahı"ya salındığını və gələcək uçuşlardan ömürlük məhrum edildiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO