İrandan Araz çayı ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

İrandan Araz çayı ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

Hazırda oxunan: İrandan Araz çayı ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

633161

İranın Kənd Təsərrüfatı Nazirliyinin su və torpaq işləri üzrə müavini Cəfər Gövhərqani Araz çayının vəziyyətinin davamlı şəkildə izlənilməsi üçün aidiyyəti qurumların iştirakı ilə xüsusi işçi qrupunun yaradılmasını təklif edib.

Bizim.Media İSNA-ya istinadən xəbər verir ki, məsələ İranın su diplomatiyası sənədinin hazırlanması üzrə milli İşçi Qrupunun iclasında gündəmə gətirilib.

İclasda İranın XİN rəhbərinin müavini Kazım Qəribabadi də iştirak edib. Görüşdə Ermənistan və Pakistanla bağlı su məsələləri, mövcud problemlər, imkanlar, mümkün həll yolları və icra mexanizmləri nəzərdən keçirilib.
 

Gövhərqani Ermənistanın Araz çayı hövzəsində yerləşən ölkələrdən biri olduğunu vurğulayaraq, çayla bağlı məsələlərin qurumlararası və diplomatik əməkdaşlıq əsasında davamlı şəkildə həll edilməsinin vacibliyini bildirib.


O, xüsusilə sənaye və mədən fəaliyyəti nəticəsində yarana biləcək çirklənməyə, eləcə də Ermənistan ərazisindəki elektrik stansiyalarından çıxan çirkab sularının Araz çayına axması ehtimalına diqqət çəkib.

İran rəsmisi vurğulayıb ki, Araz çayının suyunun keyfiyyətinin monitorinqi birdəfəlik tədbir olmamalı və bunun üçün bütün aidiyyəti qurumların iştirakı ilə daimi fəaliyyət göstərəcək xüsusi mexanizm yaradılmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO